Hollandiyanın Utrekt şəhərində 300-dən çox avtobus dayanacağı bal və çöl arılarını saxlamaq və biomüxtəlifliyə yardımçı olmaq məqsədilə adətən bir bağa çevrilib.
Xoşbəxtlik ölkəsi sayılan Hollandiya hər keçən gün daha maraqlı və əyləncəli bir hadisə ilə qarşımıza çıxır. Biomüxtəlifliyə önəm verən ölkələrdən biri olan Hollandiya bu məsələyə diqqət çəkmək və eyni zamanda effektiv bir istismar üsulu yaratmaq üçün avtobus dayanacaqlarının üstünü bağa çevirərək rəngli bağça çiçəklərindən ibarət olan bu kiçik ekosistemi arıların xidmətinə verib. Bu proses sadəcə, arılara kömək etməklə qalmır, eyni zamanda toz və yağış sularını da toplayır.
Arıların rahatlığı üçün hər cür şəarait yaradan şəhər rəhbərliyi bütün avtobus dayanacaqlarını enerji qənaətli LED lampalar və bambuk oturacaqlarla təchiz edib. (moderator.az)