Rusiya prezidenti Vladimir Putin bu gün “C-Explorer 3.11” batiskafında Baltik dənizinin dibinə eniş edib. Burada – Fin körfəzində İkinci Dünya müharibəsi illərində Ş-308 “Syomqa” sualtı qayığı batıb.
“360” telekanalı xəbər verir ki, Putin batiskafla dənizin dibinin sualtı qayıq olan hissəsinə enəcək.
Bundan sonra o, sualtı qayığın korpusuna onun şəxsi heyətinin komandirinin və üzvlərinin adları qeyd olunmuş xatirə lövhəsinin vurulması mərasimində iştirak edəcək.(Virtualaz.org)