Rusiyanın İrkutsk vilayətində, Olxon gölü ətrafında toplaşan şamanların yanmaqda olan Sibir meşələri üçün Tanrıdan yağış diləyiblər.
Eurasia Diary xəbər verir ki, Ren.TV-nin məlumatına görə, şamanlar tozağaclarının ətrafında dövrə vuraraq, müxtəlif ayinlər həyata keçiriblər.
"Tengeri" təşkilatının təşkilatçıığı ilə keçirilən mərasimə Buryatiyadan, Baykal gölü ətrafından və İrkutsk ətrafından xeyli şaman toplaşıb. Onlar eyni zamanda Tanrıdan dünya üçün əmin-amanlıq və sülh istəyəcəklər.