Polis intizamlı sürücülərə bahalı avtomobillər bağışlamağa başladı - Gözlənilməz | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Polis intizamlı sürücülərə bahalı avtomobillər bağışlamağa başladı - Gözlənilməz

Maraqlı A- A A+
Dubay polisi səliqə-sahmanlı sürücülüyünə görə rəsmilərin diqqətini cəlb edən  əmirlik sakini Səif əl-Svedinin ziyarət edilməsi   ilə bağlı bir məlumat yayımlayıb. 
 
Eurasia Diary-nin verdiyi xəbərə görə, yol hərəkəti qaydalarına vicdanla riayət etdiyi üçün Səif hədiyyə olaraq "evə çatdırılmaqla" yeni bir avtomobil  alıb. Ötən bazar ertəsi Əl-Svedi  özü xaricdə olarkən ailəsinə onun adına olan bir avtomobil verilib. 
 
Dubay polisinin əməkdaşı Məhəmməd Saif əl-Zafin əl-Svedinin heç vaxt yol hərəkəti qaydalarını pozmadığını bildirib. Əl-Svedi  onun kimi sürücüləri təşviq edən əmirlikdə fəaliyyət göstərən "ağ qeydlər sistemi" çərçivəsində  bir hədiyyə qazanıb. Əl-Zafinin sözlərinə görə, polisin yeni avtomobillər kimi hədiyyələri çox deyil. Ancaq bəzən belə mükafatlar verilir ki, Dubaydakı bütün sürücülər yol hərəkəti qaydalarına riayət etmək üçün əlavə stimul əldə etsinlər. (moderator)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...