Tarixin unutduğu ixtiraçı FOTO

Maraqlı 17:02 11.08.2019

Dünyada bəzi elmi kəşf və texniki ixtiralar paralel olaraq bir-birindən xəbərsiz şəkildə araşdırma aparan şəxslər tərəfindən edilib, yaxud da bir müəllif digərinin hansısa bir mərhələdəki önəmli uğurundan bəhrələnərək, kütləvi istehsala yararlı modellər hazırlayıb.

Eurasia Diary bildirir ki, belə ixtiraçılardan biri də avstriyalı dülgər Peter Mitterhofer (1822-1893) olub. O, uzun illər yazı makinası üzərində çalışıb. Dülgər tam 150 il bundan öncə - 1869-cu ilin avqust günlərində öz hazırladığı yazı makinası üzərində ilk məktubunu yazıb. Əslində, piano kimi dilləri olan musiqi aləti üzərində çalışan P.Mitterhofer 1864-cü ildən diqqətini yazı makinasına yönəldir. Bir neçə uğursuz və natamam modeldən sonra o, 1869-cu ildə öz təkmil modelini təqdim edir. Elmi dairələrdə bu beşinci modelin adı "Vyana modeli 1869" olaraq keçir.

Avstriya, Almaniya, İsveçrə və Fransada uzun illər tədris səfərlərində olan dülgər doğulduğu Tirol əyalətindəki Parçins kəndinə qayıdır və himayədarı Frans fon Qoldeqqin maddi dəstəyi ilə yeni ixtirası üzərində çalışır. Onun 1869-cu ildə hazırladığı təkmil model 82 klavişdən ibarət olmaqla, həm böyük, həm də kiçik hərfləri, eləcə də rəqəm və durğu işarələrini əhatə edirdi. İxtiraçı bu günümüzə qədər gəlib çıxan və makinada yazılan ilk məktubunu isə himayədarı F.fon Qoldeqqə ünvanlayıb.

P.Mitterhofer öz yeni ixtirasını Vyanada imperator sarayına təqdim etsə də, imperatorun ixtiralara rəy verən münsifləri bu icadı yalnız "qeyri-adi maşın" kimi dəyərləndirməklə kifayətləndilər. Dövlət qurumları tərəfindən bu ixtiranın düzgün qiymətləndirilməməsi P.Mitterhoferi ruhdan saldı və o, yazı makinaları üzərində işini dayandırdı. Hətta qəzetlər rişxəndlə sadə bir dülgərin heç nəyə lazım olmayan yazı makinası hazırladığını, bundan sonra düşünmə makinası da ixtira olunarsa, məktəblərə ehtiyac qalmayacağına dair yazılar dərc etdilər. İmperator xəzinəsində P.Mitterhoferə bu ixtirasına görə 150 qulden mükafat verildi, ixtiranın seriya istehsalı barədə düşünən belə olmadı.

Cəmi dörd il sonra ABŞ-da "Sholes & Glidden" adlı ilk yazı makinalarının kütləvi istehsalına start verildi. Bu modeldə P.Mitterhoferin yazı makinasının konstruksiya elementlərinə rast gəlinirdi və belə hesab olunur ki, amerikanlar 1873-cü ildə Vyanada Ümumdünya Sərgisində Mitterhoferin modeli ilə yaxından tanış ola bilmişdilər.

Qeyd edilməlidir ki, Mitterhoferə kimi yazı makinaları üçün bir sıra cəhdlər olmuşdu. Alman Karl Drays (1821), italyan Turri (1808) və Novara (1855), fransız Jan Bernand Fuko (1855) yazı üçün makinalar icad etsələr də, bir çox çatışmazlığı olan bu makinalardan heç biri kütləvi istehsala yaramırdı. Mitterhoferin ixtirası isə müasir yazı makinaları üçün mühüm elementlər təqdim etdi: tiplər üçün qaldırıcı başlıq, üçcərgəli blok klaviaturası və bir klavişdən çoxfunksiyalı istifadə bu qəbildəndir. Eyni zamanda, onun makinası ilə yazı yazarkən mətni görmək də mümkün idi. Amerikada icad olunan makinalarda isə bu imkan yox idi. Yalnız "Underwood" şirkəti 1896-cı ildə belə bir model təqdim edə bildi. Şirkətin 12 milyon ədəd satılan bu modeli tarixə ən çox satılan yazı makinası kimi də düşüb.

Şöhrət və məşhurluqdan kənar yoxsulluq içində dünyasını dəyişən P.Mitterhoferin məzar daşı üzərində isə bu sözlər yazılıb: "Onun istedadının meyvələrini dərmək ondan bəhrələnənlərə nəsib oldu".

Bu gün P.Mitterhoferin doğulduğu Parçinsdə onun adını daşıyan muzeydə dülgərin həyat və yaradıcılığı ilə, ixtiralarını əks etdirən eksponatlarla yaxından tanış olmaq mümkündür.(Azərtac)

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Çindən Almaniyaya xəbərdarlıq
Çindən Almaniyaya xəbərdarlıq
10:20 16.04.2024
TƏBİB sürücülərə müraciət etdi: “Yol ver, həyat qurtar!” - VİDEO
10:14 16.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:05 16.04.2024
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
"Sovet Respublikaları İnzibati sərhədləri beynəlxalq sərhədlər olmalıdır" -Vasilis Maragos
10:00 16.04.2024
Bu gündən “Karantin” başladı - FOTO
09:55 16.04.2024
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
Aİ lideri Şarl Mişel ilə liderlər görüşü keçirilib
09:54 16.04.2024
İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Hamısı