Bu dəfə də motosiklet sürdü, Putinin şousu davam edir.
Eurasia Diary xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dünən gecə motosikletçilərlə bir araya gəlib. Son vaxtlar mitinqlərin artdığı Rusiyada Putin “Gecə qurdları” adı verilən motosikletçi dəstənin 10-cu ilini qeyd edib.
Bir çox idman növləriylə tez-tez dünya mediasının gündəminə gələn Putin, bu dəfə motosiklet idarə edib. Kırımda “Gecə qurdları” adlı bir motosikletçi dəstəsiylə bir araya gələn ölkə başçısı, onun üçün özəl hazırlanan motosikleti idarə edib.
Uzun bir kortejlə yola çıxan Putin deyib ki, “Burda hamınızı gördüyümə görə çox məmnunam. On il öncə başladığınız bu işi davam etdirməyiniz çox yaxşı oldu”. Putinin bayker kimi dəri gödəkcə geyməsi də diqqəti cəlb edib.
Qeyd edək ki, on il öncə yaradılan “Gecə qurdları” motosikletçi qrupu tez-tez açıqlamalarında Putini dəstəklədiklərini bildiriblər. (moderator.az)