İngiltərənin “Staşer” şirkəti dünyanın ən yaxşı hava limanlarının siyahısını təqdim edib.
Eurasia Diary xəbər verir ki, araşdırma 106 hava limanında, qidalanma, park ödənişləri, uçuş müddətini gözləmə vaxtı, şəhər mərkəzinə uzaqlığı və mağazaların əlçatanlığı kimi kriteriyalara əsasən aparılıb.
İlk yeri Rusiyanın paytaxtı Moskvadakı “Şeremetyevo” Beynəlxalq Hava Limanı tutub.
Siyahıda ikinci yerdə Londonun “Hitrou”, üçüncü yerdə isə Trinidadın “Pirako” və “Tobaqo” hava limanları qərarlaşıb.
Ən komfortlu 10 hava limanları arasında Danimarka, Kolumbiya, Avstraliya, Kanada və Qətərin hava limanları yer alıb.