Dünya ondan danışır, bu hərəkətinə görə tarixə düşdü.
Eurasia Diary xəbər verir ki, amerikalı gimnast Simone Biles əvvəllər heç sınanmayan bir hərəkət edib. Olimpiyadada dörd qızıl medal qazanan gənc atlet ikiqat bükülü, ikiqat salto hərəkətilə ilk dəfə uğura imza atıb. O, bu hərəkətiylə tarixə düşən ilk qadın gimnast olub.
Buna görə o, altıncı beynəlxalq qızıl medala layiq görülüb. Onun bu hərəkəti sosial şəbəkədə də maraqla izlənib. Bildirilir ki, Bilesin bu hərəkəti etmək üçün beş ildən çoxdur ki, məşq edir. (moderator.az)