Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ramil Səfərov daha bir təqdirəlayiq hərəkəti gündəmə gəlib.
Eurasia Diary ölkə.az-a istinadən xəbər verir ki, ordumuzun zabiti fiziki məhdudiyyətli şəxs Natiq Rəhimlinin toy dəvətini geri çevirməyib və onun şad günündə yanında olub.
N.Rəhimli Səfərovla çəkilən fotosunu sosial media hesabında paylaşıb və toy mərasimində iştirak etdiyi üçün ona minnətdarlığını bildirib.