Türkiyə klubu transfer üçün futbolçuya pul əvəzinə ov iti verdi | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Türkiyə klubu transfer üçün futbolçuya pul əvəzinə ov iti verdi

Maraqlı A- A A+

Türkiyənin Orhaneli inzibati rayonunda yaşayan Hasan Uysal 10 illik ayrılıqdan sonra futbola qayıdıb. O, Kütahyanın “Muratlıspor” klubuna ov iti müqabilində transfer olunub.

Eurasia Diary xəbər verir ki, Hasan əvvəllər müxtəlif peşəkar, həvəskar klublarda forma geyinib. Ova böyük maraq üzündən futbolla vidalaşıb. Bu dəfə “Muratlıspor” klubunun təklifini çox sərfəli saydığından, yenidən oynamaq qərarı verib.

Kütahya klubu böyük maddi imkanı ilə seçilmir. “Muratlıspor” futbolçulara yaxşı maaş vermək gücündə deyil. Klub qarşısına həvəskarlar liqasında yerini qorumaq məqsədi qoyub. Ortada pul olmayınca, Hasan da ov itinə razılaşmaq qərarına gəlib. (bizimyol.info)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...