İbrahimoviçə Vətənində heykəl qoyulacaq | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


İbrahimoviçə Vətənində heykəl qoyulacaq

Maraqlı A- A A+

Məşhur isveçli hücumçu Zlatan İbrahimoviçə Vətənində heykəl qoyulacaq.

Championat.com xəbər verir ki, heykəlin sifarişçisi İsveç Futbol Assosiasiyasıdır.

Bürünc abidə forvardın doğma şəhəri olan Malmödə ucaldılacaq.

Hündürlüyü 2.7 metr və çəkisi 500 kq olan heykəlin hazırlanması ilə heykəltəraş Peter Linde məşğul olacaq.

Abidə İbrahimoviçin futbolçu karyerasına başladığı "Malmö" klubunun köhnə və yeni stadionları arasındakı meydanda olacaq.

"Heykəl İsveç tarixinin ən dahi futbolçusuna hörmət əlaməti olacaq", - bunu İsveç Futbol Assosiasiyasının baş katibi Hakan Şostrand bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...