Məşhur türk serialında Şövkət Ələkbərovanın mahnısı - VİDEO | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Məşhur türk serialında Şövkət Ələkbərovanın mahnısı - VİDEO

Maraqlı A- A A+
"Kanal 7”də yayımlanan "Yemin” serialının yeni mövsümü start götürüb.
 
Eurasia Diary xəbər verir ki, bu mövsümdən ekran işinə azərbaycanlı aktrisa Yağmur Şahbazova da daxil olub.
 
O, serialda Narin adlı azərbaycanlı obrazını canlandırır. Digər maraqlı məqam isə Yağmurun göstərildiyi hüznlü səhnələrdə Azərbaycan mahnısının səsləndirilməsidir.
 
Belə ki, "Yemin”in yeni bölümlərindən birində polis bölməsinə aparılan Narinə ölkədən deportasiya ediləcəyi bildirilir. Bu zaman fonda mərhum Xalq artisti Şövkət Ələkbərovanın "Qəmgin mahnı” adlı ifasının instrumental versiyası səsləndirilir.
 
Sözügedən görüntüləri təqdim edirik. (axşam.az)
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...