Şotlandiyalı “youtuber” Mat Salleh Sami Yusufun ifa etdiyi “Nəsimi” kompozisiyasını şərh edib.
Eurasia Diary-nin məlumatına görə, o, hamının ondan təkidlə bu kompozisiyanı dinləməyi xahiş etdiyini deyib. İfa onu çox heyrətləndirib.Mat kompozisiyaya valeh olduğunu dəfələrlə vurğulayıb.
“Çox maraqlı musiqidir. Çox maraqlı alətlərdə ifa edirlər. Dinlədikcə gərginliyin artdığını hiss edirsiz. Müğənni kiçik hissələri ifa etsə də, səsi əladır. Əla işdir”, – deyə “youtuber” qeyd edib.
O, xüsusilə də Təyyar Bayramovun səsinə heyran qalıb.
Qeyd edək ki, M.Salleh bir çox ölkənin mahnılarını dinləyərək öz fikirini bildirir. Onun “YouTube” kanalının 1 milyona yaxın abunəçisi var.