Bu tapıntı Quranın bizə dəyişilmədən çatdığını bir daha təsdiqlədi FOTOLAR

“Bu, çox həyəcanvericidir...”- İngilis professor

Maraqlı 20:23 28.09.2019
“İngiltərənin Birminhem Universitetinin Kedberi araşdırma kitabxanasında eramızın 568-645-ci illərinə aid hesab edilən qədim Quranın 2 səhifəsi aşkar edilib”. 
 
Bu informasiya hələ 2015-ci ildə yayılıb. O zaman bir sıra dünya KİV-də, eləcə də bəzi Azərbaycan saytlarında bunu “sensasiya” kimi təqdim edərək guya “Qurani-Kərimin Məhəmməd Peyğəmbər əleyhissəlamdan öncə yazılması” iddiasını irəli sürdülər. Çünki Peyğəmbərimizin(s) 570, yaxud 571-ci ildə doğulduğu, Qurani-Kərimin isə ona təxminən 610-611-ci illərdə vəhy olunmağa başlanması məlumdur. 
 
 
 
Eurasia Diary-nin xarici İslam saytlarına istinadla əldə etdiyi məlumat bu səhifələr barədə deyilən belə iddiaların tamamilə əsassız olduğunu üzə çıxarıb. 
 
Doğrudur, bəhs edilən  səhifələr yer üzündəki ən qədim Quranın bir hissəsi hesab olunur. Birminhem Universitetinin xristian-islam təhqiqatları üzrə professoru Devid Tomas deyir: 
 
"Tarixin müəyyən edilməsi düzgündürsə, tapıntı bizi İslam tarixinin ilk 20 ilinə qaytarır..."
 
Aspirant Alba Fedeli, universitetin Orta Şərq mətnləri  fondlarını araşdırarkən həmin səhifələri yeni bir əlyazmanın  arasında aşkar edib. Bu səhifələr 1920-ci ildə fondlara gətirilib və təsadüfən sonrakı dövrün  Quran əlyazmasına daxil edilib.  Fedeli  həmin səhifələrdəki mətnin yazı üslubunun yerləşdikləri əlyazmalardakından çox fərqli olduğunu müəyyən edəndə bunu anlayıb.  Əntiq əşya mütəxəssisləri və kolleksiyaçılarla yazışmaları sayəsində Alba Fedeli öz fərziyyəsini təsdiqləyib -  onun əlində Quranın ən qədim əlyazmasının indiyədək məlum olmayan bir parçası vardı. Bu iki səhifədəki mətn hicazi xəttatlıq üslubunun ilkin nümunəsində yazılıb.  Kənarlarda  mətnin Birminhem Universitetinin Mingan kolleksiyasının bir hissəsi olduğu qeyd olunub.
 
Oksford Universitetinin laboratoriyasında aparılmış radioelektron analiz əlyazmanın yazıldığı heyvan dərisinin- perqamentin təxminən 1400 il əvvəl hazırlandığını aşkar edib.  
 
 
Professor D.Tomas deyir: “Mən akademikəm, buna görə mənim yeni tapıntıya ilk reaksiyam şübhə oldu. Əlbəttə, bu əlyazma İslamın yaranmasından (eyni zamanda Peyğəmbərin(s) doğulmasından- S.L.) öncə ortaya çıxa bilməzdi, baxmayaraq ki, elektron təhlil olduqca dəqiqdir” 
 
Professorun dediyi bir fakt isə bütün şübhələri alt-üst edir: 
 
“Əlyazmanın mürəkkəbi hələ araşdırılmayıb və mətnin perqament üzərində bir qədər sonra yazılması mümkündür…”   
 
Deməli, 2015-ci ildə yayılan informasiyalarda səslənən “ən qədim Quran səhifələrinin 568-645-ci illərə aid olması” faktı əslində əlyazmaların özünə yox, onların üzərində yazıldığı perqamentə aiddir. Və tamamilə mümkündür ki,  tapılmış həmin Quran səhifələri Peyğəmbərimizə(s) Allah Kitabının vəhy edilməsinin tamamlandığı 633-634-cü illərdən 10 il, yaxud 15 il sonra yazılmış olsun.  
Tapılan fraqmentlərdəki yazılar Quranın "Kəhf", "Məryəm" və "Ta Ha" surələrindən ayələrdir. Həmin səhifələrdəki yazıların Quranın müasir mətninə bu uyğunluğu İslamın doğulduğu dövrdəki Quranın mətninin müasir mətnlə eyni olduğunu və zamanla dəyişmədiyini bir daha təsdiqləyir…
 
Bu gün bəhs edilən Quran ayələrinin qədim əlyazmaları Birminhem Universitetinin kitabxanasında hər kəsin görə biləcəyi yerdə nümayiş olunur.
 
“Bu tapıntı çox həyəcanvericidir. Çünki həmin sətirləri yazan Məhəmməd Peyğəmbəri (s.ə.s) şəxsən tanıyıb, ya da Peyğəmbəri (s.a.s) tanıyan şəxsi tanıyıb. Nə olursa-olsun, tapıntı bizi birbaşa Məhəmməd Peyğəmbər (s.ə.s) ilə bağlayır…” –deyə ingilis professor Tomas emosiyalarını gizlətmir. (moderator.az)
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı