Mahnı bəstələyən, şeir, roman yazan məmurlar, deputatlar MARAQLI

Maraqlı 18:48 03.10.2019

Sosial şəbəkələrdə Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov tərəfindən yazıldığı iddia olunan şeirlər yayılıb. Sabiq "nəqliyyat şefi"nin Ziya Hafiz imzasıyla ədəbi yaradıcılığa başladığı qeyd edilib.
Ancaq sabiq nazir şeirlərin ona aid olmasını təkzib edib. Z. Məmmədov ömrü boyu şeir yazmadığını açıqlayıb.  

Ziya Məmmədov haqqında çıxan məlumatlar hər nə qədər təsdiqini tapmasa da, Azərbaycanda məmurların ədəbi yaradıcılıqla məşğul olması yeni xəbər deyil.

Nazirlər, deputatlar, eks-məmurlar arasında siyasi və idarəçilik fəaliyyəti ilə paralel, ədəbi yaradıcılıqla da məşğul olanlar az deyil.  

Eurasia Diary modern.az-a istinadən ədəbi yaradıcılıqla məşğul olan məmurların bir qismini təqdim edir:

Siyahımıza ilk olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan başlayaq. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. O, mahnılarını "Kamal" imzası ilə bəstələyir, hətta bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi "Nigaranam" mahnısı bunlardan ən məşhurudur. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.

Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi Polad Bülbüloğlu siyasəti və incəsənəti birlikdə daşıyan tanınmışlardandır. Hazırda Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğlu Azərbaycanın və Türkmənistanın Xalq artisti adlarını alıb.

Sabiq deputat, bir neçə gün öncə məhkəmənin hokum ilə 6 il azadlıqdan məhrum edilən Hüseyn Abdullayev də bəstəkardır. Onun bəstələri Zakir Əliyev, “Şeron” qrupu, Aygün Bəylər, Eyyub Yaqubov, Röya Ayxan, Zülfiyyə Xanbabayeva və s. müğənnilər tərəfindən ifa edilib. “Həyat davam edir”, “İnstrumental musiqi”, “Mənim ölkəm”, “Dörd fəsil”, “Dostum”, “Xatirələr”, “Tarixin sınağı” kimi mahnıların müəllifi məhz Hüseyn Abdullayevdir. Həmçinin Zakir Əliyevin ifasında “Vətən həsrəti”, Aygün Bəylərin ifasında “Ana”, Eyyub Yaqubovun ifasında “Nədən”, Röya Ayxanın ifasında “Sənə görə”, “Şeron” qrupunun ifasında “Bu da keçər”, Röyanın “Səninəm”, Zülfiyə Xanbabayevanın “Səninlə” adlı musiqiləri də Hüseyn Abdullayevə məxsusdur.

Milli Məclisin deputatlarından bir çoxunu şeirləri, ədəbi, bədii yaradıcılığı ilə tanıyırıq.

Deputat Qənirə Paşayeva ədəbi yaradıcılıqla məşğul olur. Hətta bir neçə il əvvəl müğənni Elza Seyidcahanın deputatın şeirlərinə musiqi bəstələməsi müzakirələrə səbəb olmuşdu. Qənirə xanımın indiyə qədər bir neçə kitabı da dərc edilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat  Novruzəli Aslanov isə şeirlərini Novruz Aslan imzası ilə yazır. Deputat 10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir.  Onun şeirlərinə çoxlu mahnılar bəstələnib.

 Milli Məclisin üzvü Musa Quliyev də siyasətdən kənar məşğuliyyəti ilə maraqlı deputatlar siyahısındadır. Musa Quliyev ixtisasca həkimdir, siyasətlə yanaşı, Musa Urud təxəllüsü ilə şeirlər də yazır. O, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox ədəbi, bədii kitabın müəllifidir.

Qarabağ müharibəsindən bəhs edən “Dolu” romanı ilə daha da məşhurlaşan deputat Aqil Abbas da ədəbi yaradıcılığı siyasətlə paralel yürüdən millət vəkillərindən biridir. O, ixtisasca jurnalist olduğuna görə, yazı-pozu məkanında öz sözünü demiş şəxslərdəndir. Aqil Abbasın nəsr əsərlərinin daha çox adı çəkilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovdan da bəhs edək. Gözəl şeirlərin müəllifi olan C. Qurbanov bu fəaliyyəti üçün həmkarlarının da təqdirini qazanıb. O, ustad Aşıq Şəmşirin nəvəsidir.

Bakı Metropoliteninin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının rəhbəri Tağı Əhmədovun ədəbiyyat həvəskarı, şeir yazması barədə bəziləri məlumatlıdır.

Qeyd edək ki, Tağı Əhmədov “Tağı Sadiq” imzası ilə şeirlər yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb...

2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri tarzən Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.

Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur.

Musiqi sahəsinin bəzi simaları Tağı Sadiqi incəsənətin yaxın dostu, himayədarı, nəğməkar şair adlandırırlar. Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.

 

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Xəbər xətti

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
Hamısı