Tələbəsinin körpəsini kürəyinə bağlayaraq dərs keçdi - İBRƏTAMİZ... | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Tələbəsinin körpəsini kürəyinə bağlayaraq dərs keçdi - İBRƏTAMİZ...

Maraqlı A- A A+
ABŞ-da bir universitet tələbəsi körpəsini dərsə gətirmək məcburiyyətində qalınca çarəni müəllim tapıb. Fədakar müəllim körpəni kürəyinə bağlayaraq anasının rahat şəkilə dərsdə iştirak etməsinə şərait yaradıb. 
 
Eurasia Diary xəbər verir ki, ABŞ-ın Georgia əyalətində yerləşən universitetdə təhsil alan və kiçik körpəsi olan ana hər zaman olduğu kimi dərsə getmədən əvvəl uşağın baxıcısına zəng vurub. Ancaq körpənin baxıcısı xəstə olduğunu və gələ bilməyəcəyini söyləyib.
 
Gənc ana uşağını əmanət edə biləcəyi kimsə olmadığı üçün universitetə körpəsi ilə gedib. Tələbəsinin dərsə körpəsi ilə gəldiyini görən müəllim körpəni anasından alıb və bir masa örtüyü ilə uşağı kürəyinə bağlayıb.
 
Professor Ramata Sissoko Kissin qızı anasının dərs izah edərkən çəkilən fotosunu sosial mediada paylaşaraq altına bu qeydləri yazıb: "Mənim əsil bir Afrikalı ana olan anam tələbəsinin körpəsini kürəyinə bağlayıb. Acdığı zaman isə yeməyini verərək 3 saat ərzində dərs keçib. Dünyanı ən az övladları qədər sevən bir ana tərəfindən böyüdüldüyüm üçün özümü çox xoşbəxt hiss edirəm".(moderator.az) 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...