Alimlər 1000 il sonrakı insanın görüntüsünü hazırladılar - FOTOLAR | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Alimlər 1000 il sonrakı insanın görüntüsünü hazırladılar - FOTOLAR

Maraqlı A- A A+

Toledo Universitetinin ispan tədqiqatçıları ABŞ alimləri ilə birlikdə 1000 il sonrakı insanın 3D formatını hazırlayıblar.

Eurasia Diary xəbər verir ki, alimlərin iddiasına görə, gələcəkdə insan görüntüsündə əhəmiyyətli dəyişikliklər olacaq. Onlar texnoloji inkişafın gələcəkdə insanların görüntüsündə ciddi təsir edəcəyini bildirib.

Araşdırmaçılar qeyd edib ki, oturaq həyat tərzi, kompüter və smartfonlardan istifadə insanların bədən quruluşunda böyük dəyişikliklər edəcək. 

Araşdırmada müasir cihazların səbəbi ilə radiasiyanın çoxalması da insan fiziologiyasında dəyişikliyə səbəb olacağı qeyd edilib.Alimlər insanların gələcəkdə fiziki sağlamlığının yaxşı olması üçün onların elektron cihazlardan bacardıqca az istifadə etməyə daha çox gəzintiyə çıxmağa çağırıb. (yeniavaz)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...