Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Mehmetçikə əsgər salamı göndərib.
Eurasia Diary-nin "Qafqazinfo"ya istinadən məlumatına görə, Kayseridə Toplu Açılış Mərasiminə qatılan prezident nazirlər və vətəndaşlarla birlikdə Mehmetçikə əsgər salamı verib. Ərdoğan çıxışında "Təəssüf ki, son 9 gündə ölkəmizə qarşı hər cür çirkinlik göstərildi. Üzlərdəki maskalar düşdüyü üçün kimin kim olduğunu gördük” deyib.