Müasir dünya texnologiyalardan asılı vəziyyətdədir.
Eurasia Diary xəbər verir ki, xüsusilə də ağıllı telefonlar insanları özündən asılı vəziyyətə salır. Belə demək mümkündürsə, ancaq yatdığımız zaman telefondan uzaqlaşırıq. Bəs, biz yatarkən telefonlar da istirahət edirmi? Mütəxəssislərin fikrinə görə telefonlar sönülü olarkən belə işləyirlər. Aparılan araşdırmalar zamanı məlum olub ki, telefonlar sahibi yatarkən də işləyir və cihazdakı məlumatlar fərqli ünvanlara göndərilir. Burada söhbət hər hansı bir şirkət və ya digər şəxsin telefonundan getmir.
Telefonun içərisində olan, xüsusilə də xakerlərin rahatlıqla daxil ola bildiyi “gizli” bölmələrdən gedir. Hətta telefonlar həmin gizli bölmələrə sahibinin telefon nömrəsini, telefondan olan foto və videoları da ştrix kodlar vasitəsilə göndərir. Telefonlarda bu halın baş vermə səbəbi isə yüklənən tətbiqlərdə olan “virus”lardır. Söhbət “Call Recorder”, “Beauty Camera”, “Artistic Effect Filter” və digər buna bənzər tətbiqlərdən gedir.