Rusiya prezidenti Vladimir Putin Soçidə beynəlxalq forumun keçirilməsində ona kömək göstərdiyinə görə Misir prezidenti Əbdül Fəttah əs-Sisiyə təşəkkür edib.
Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, Kreml rəhbəri zarafatla əs-Sisiyə maaşının yarısını verəcəyini də deyib. Onun sözlərinə görə, əs-Sisi olmadan forum uğurla nəticələnə bilməyəcəkdi. Belə ki, misirli həmkarı forum boyu Putinin yanında olub və ona işlərində kömək edib.
“Buna görə də maaşımın yarısını gərək sizə verim. Çünki etdikləriniz əslində mənim vəzifələrim idi”, - deyə Putin qeyd edib.(qafqazinfo)