Gözəgörünməz olmaq gerçək oldu - Minilliyin İCADI | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Gözəgörünməz olmaq gerçək oldu - Minilliyin İCADI

Maraqlı A- A A+

Kanadanın hərbi kamuflyaj forma istehsalçısı “HyperStealth Biotechnology Corporation” şirkəti insanı, nəqliyyat vasitəsini, gəmini və hətta bütün binanı gizlədə biləcək xüsusi material hazırlayıb.

Eurasia Diary yenicag.az-a istinadən xəbər verir ki, ki, materialın çox nazik və yüngül olduğunu ifadə edən Hyperstealth şirkətinin baş direktoru Guy Cramer “Quantum Sheath”in heç bir enerji təchizatına ehtiyacı olmadığını deyib.

Cramer, materialın əhatəsində olan bir insanın, nəqliyyat vasitəsinin və ya binanın ultrabənövşəyi (UV), infraqırmızı və qısa dalğalı infraqırmızı sistemlərdə belə görünmədiyini bildirib.

Baş direktor “Quantum Sheath”ın terrorizm və digər cinayətkarlıq fəaliyyətlərində istifadə edilə biləcəyinə işarə edərək,  bu cür dəhşətli ssenarilərin nəzərə alınması lazım olduğunu qeyd edib. Cramer, “Quantum Sheath”in istehsal tarixi və qiyməti ilə bağlı heç bir məlumat verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...