Dronlar təcili yardımı əvəz edəcək - Ambulansdan tez çatır | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Dronlar təcili yardımı əvəz edəcək - Ambulansdan tez çatır

Maraqlı A- A A+
Dronlar təcili yardım briqadalarından 3 dəqiqə tez kritik ağır xəstələrə çatır. Bu nəticəyə Nyu-Yorkda keçirilmiş yeni tədqiqatın nəticələrində gəliblər.
 
Eləcə də dronlar sıx şəhər küçələrində olan tıxaclarda da effektivdir.
 
Eurasia Diary medicina.az-a istinadən bildirir ki, pilotsuz gadjetin işini Bruklində ən pik saatlarda yoxlayıblar.
 
Dronlar pasiyentdə 6 dəqiqəyə, təcili yardım isə 9,5 dəqiqəyə çatıb. 
 
Dronlar anaflatik şok, astma tutması və şəkər koması keçirən insanlara lazım dərmanları qısa müddətə çatdıra bilər. Eləcə də dron ürək dayanmasında  istifadə olunan defibrilyatoru da qaldırıb daşıya bilər. Ona görə tezliklə dronların təcili  yardımda istifadə olunmasına başlanılacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...