Xərçəngə qarşı dərman hazırlandı - İnsanlar üzərində sınaqdan keçirilib | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Xərçəngə qarşı dərman hazırlandı - İnsanlar üzərində sınaqdan keçirilib

Maraqlı A- A A+
ABŞ və Avstraliyadan olan bir qrup alim xərçəngə qarşı dərman hazırladıqlarını elan edib.
 
Eurasia Diary-nin məlumatına görə, “AMG 510” adı verilən dərmanın şişləri azaltdığı, onların inkişafına mane olduğu və parçalayaraq yox etdiyi bildirilir. Bu dərmanı alimlər ilk olaraq siçanlar üzərində test ediblər və müsbət cavab alıblar.
 
Bundan sonra ağciyər xəstəsi olan dörd insan da bu təcrübəyə cəlb edilib. Altı həftəlik müalicədən sonra onların ikisində şişlər əhəmiyyətli dərəcədə azalıb, dərmanın metastazın yayılmasının qarşısını aldığı müəyyən olunub. 
 
Dərman xəstələrin birində şişi 34, digərin 67 faiz azaldıb, heyvanlarda isə bəzi hallarda tamamilə aradan qaldırıb. Siçanların hətta immunitet sisteminin daha da gücləndiyi məlum olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...