Tələbə öz beyin əməliyyatını canlı yayımda göstərdi - VİDEO | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Tələbə öz beyin əməliyyatını canlı yayımda göstərdi - VİDEO

Maraqlı A- A A+

ABŞ-lı tələbə özünün beyin əməliyyatını "Facebook"da canlı yayımlayıb.

Eurasia Diary oxu.az-a istinadən xəbər verir ki, Texas ştatında yaşayan Cenna Şardt xəstəliyi ilə bağlı açıq beyin əməliyyatı keçirib.

Əməliyyatdan az öncə isə o, bu prosesi özünün "Facebook" hesabında canlı yayımda göstərmək istədiyini bildirib. Həkimlər öncə buna təəccübləniblər və razı olmayıblar. Cenna bildirib ki, bunu etməklə insanlara beyin əməliyyatının dəhşətli bir şey olmadığını, əməliyyatın real bir proses olduğunu göstərmək istəyir və insanları bundan qorxmamağa çağırır.

Həkimlər bundan sonra onun fikrini dəstəkləyiblər və canlı yayıma icazə veriblər. 

Cenna Şardt beyninə qan toplandığı üçün həkimlər əməliyyat edərək həmin hissəni təmizləyiblər. Təxminən 45 dəqiqə davam edən canlı əməliyyata 145 mindən çox insan onlayn olaraq baxıb.

Tələbə qız özü də tibb sahəsində təhsil alır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...