Meksikada mamontların ovlanması üçün hazırlanmış, 15 min il əvvələ aid iki çuxur tapılıb.
Eurasia Diary-nin xarici mətbuata istinadən xəbərinə görə, Meksika Milli Antropologiya və Tarix İnstitutunun mütəxəssisləri zibillxana kimi istifadə olunan ərazidə qazıntı işləri aparan zaman bu çuxurları üzə çıxarıblar.
Paytaxt Mexiko şəhərinin şimalındakı Tultepecdəki çuxurlarda 14 mamontun sümükləri tapılıb. Onların insanlar tərəfindən ov məqsədi ilə qovularaq, çuxura salındığı, bəzilərinin kəsildiyi ehtimal olunur.
Dərinliyi 1,7 metr, eni 23 metr olan çuxurlarda at və dəvə qalıqlarının da olduğu bildirilir.