Səsdən daha sürətli maşın yeni rekorda imza atdı - 790 km/saat - VİDEO | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Səsdən daha sürətli maşın yeni rekorda imza atdı - 790 km/saat - VİDEO

Maraqlı A- A A+
Səs sürətindən sürətli bolid “Bloodhound LSR” dörd gün keçmiş öz əvvəlki rekordunu təzələyib. Hazırda onun sürəti saatda 741 km/saat yox, 790 km/saatdır.
 
Bu barədə BBC məlumat yayıb.  
 
Bu sürətlə avtomobil artıq qurumuş CAR-ın şimal-qərbində yerləşən Kalaxari səhrasında, Xaksin-Pan gölünün üzəri ilə hərəkət edib.
 
Pilot Endi Qrinin sözlərinə görə, bu gedişin məqsədi avtomobilin aerodinamik müqavimət parametrlərini və əyləc sistemini ölçmək olub.
 
Hazırda səs sürətini aşan qeydə alınmış maksimal sürət 1228 km/saat hesab olunur. BU sürət 1997-ci ildə ABŞ-ın Nevada ştatında “Thrust SSC” reaktiv avtomobili tərəfindən qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...