“Cənab prezident, şəkil bulanıq düşüb, yenidən çəkdirə bilərik?” - VİDEO | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


“Cənab prezident, şəkil bulanıq düşüb, yenidən çəkdirə bilərik?” - VİDEO

Maraqlı A- A A+
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.
 
Eurasia Diary xəbər verir ki, İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər. Bundan başqa, həm ölkə başçısı, həm də Birinci vitse-prezident gənclərlə şəkil çəkdiriblər.
 
Bu zaman gənclərdən biri Prezidentə şəkillə bağlı müraciəti ilə diqqət çəkib. Belə ki, o, İlham Əliyevə dövlət başçısı ilə çəkdirdiyi şəklin yaxşı düşmədiyini deyib və foto üçün yenidən cəhd etməyi xahiş edib. Bu zaman Prezident gəncin xahişinə müsbət cavab verib. Ölkə başçısı şəkil çəkiləndən sonra gəncdən yaxşı düşüb-düşməməsini yoxlamasını istəyib.
 
Həmin anın videosunu təqdim edirik:(qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...