Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi forumda maraqlı anlara yaşanıb.
Eurasia Diary xəbər verir ki, Rusiyada Putinin iştirak etdiyi Maliyyə və İnvestisiya forumunda VTB Bankın idarə heyətinin sədri Andrey Kostinə sual ünvanlanıb. Jurnalist Putinlə yan-yana oturan sədrə "ev sahibi" deyə müraciət edib. Kostin isə həyəcanlı şəkildə "həqiqi ev sahibi buradadır, mən burada ancaq onun köməkçisi ola bilərəm"-deyə cavab verib. Bunu eşidən prezident isə gülümsəyərək "burada ev sahibi və ya qonaq yoxdur, hamımız bərabərik" deyib. Həmin anlar maraqlı görüntülərə səbəb olub.(yeniavaz.com)