Deputat şaxtada küçəyə atılmış özbək qızını övladlığa götürdü - VİDEO | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Deputat şaxtada küçəyə atılmış özbək qızını övladlığa götürdü - VİDEO

Maraqlı A- A A+
Rusiya Dövlət Dumasının üzvü Vitali Milonov “NTV”-də yayımlanan "Bir milyonluq sirr" verilişində 6 uşağın atası olduğunu və onlardan  3-ü övladlığa götürdüyünü etiraf edib.  V.Milonovun övladlığa götürdüyü uşaqlardan birinin özbək bir qız olduğu da bilinib. 
 
Eurasia Diary-nin rusdilli İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, xalq deputatı bütün övladlarına qədim rus adları verib və onları Pravoslav müqəddəslərinin şərəfinə adlandırıb:  Yevdokiya, İlya, Marfa, Nikolay, Pelageya və Pyotr... 
 
Verilişin aparıcısı Lera Kudryavtseva  V.Milonovun övladlığa götürdüyü beş yaşlı  Yevdokiyanın hekayətini dinləyən  zaman göz yaşlarını saxlaya bilməyib. Özbəkistan əsilli bioloji ana hamiləliyini son günə qədər gizlədib və işlədiyi kafenin tualetində  doğub.  Bir neçə saat sonra isə daşürəkli ana doğma körpəsini şaxtalı  qış günündə Sankt-Peterburqdakı parkların birinə buraxıb.  Xoşbəxtlikdən tərk edilmiş  qız uşağı həmin vaxt tapılıb və Dövlət Dumasının üzvünə qismət olub... 
 
V.Milonov bütün övladlarına bərabər münasibət bəslədiyini, doğma və yadlara ayırmadığını da vurğulayıb.
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...