Ötən gün Türkiyə istehsalı olan yeni avtomobil modeli təqdim edilib.
Eurasia Diary haberler-ə istinadla xəbər verir ki, təqdimat mərasimində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
"TOGG 2022" avtomobilinin təqdimatı zamanı lövhədə yazılan "Made in Turkey" sözü R.T. Ərdoğanın gözündən yayınmayıb. Buna irad bildirən prezident yazının dərhal "Made in Türkiye" olaraq dəyişdirilməsini tələb edib.
Qeyd edək ki, Turkey sözü ingilis dilində həm də "hind toyuğu" mənasını verir.(milli.az)