Rusiyalı yazıçı Nikolay Qoqolun Peterburqdakı varisi İrina Qoqol “ən gözəl evli qadın” seçilib.
Kp.ru-nun xəbərinə görə, 39 yaşlı İrina Qoqol evli qadınlar arasında keçirilən ən nüfuzlu beynəlxalq gözəllik müsabiqəsində “Vitse-Missis Kainat gözəli” titulunu qazanıb.
O, 2018-ci ildə “Vitse-missis Sankt-Peterburq”, 2019-cu ildə isə “Missis Rusiya Kainat Gözəli” və “Missis Xeyriyyəçilik” titullarına sahib olub.
Qeyd edək ki, yarışmaya 90 iştirakçı qatılıb.