Bir çoxları illərin, təqvimlərin uğurluluğu və ya uğursuzluğuna inanır.
Bu düşüncədə olan şəxslərin məntiqi ilə 2020-ci ilin ilk həftəsində dünyada baş verən hadisələrə nəzər salsaq çox da uğurlu bir ssenari ilə qarşılaşmarıq.
Belə ki, 2020-ci ilin ilk həftəsində:
- ABŞ iranlı general Qasim Süleymanini öldürdü. İran rəsmiləri Pentaqonun bu addımına ən sərt formada cavab verəcəklərini bildirdi. Ekspertlər İran və ABŞ arasında müharibə riskinin yüksək olduğunu dəyərləndirir.
- İndoneziyada daşqınlar ara vermir. Dövlət rəsmiləri daşqınlar nəticəsində 53 nəfər vətəndaşın həlak olduğunu bildirib.
- Avstraliyada meşə yanğınları baş verib. Yanğınlar nəticəsində 23 nəfər sakin həlak olub, minlərlə canlı yanaraq kül olub.
- Liviyada hökumət böhranı dərinləşib. Xəlifə Həftərə qarşı Milli Hökuməti müdafiə etmək üçün Türkiyə Liviyaya ordu göndərməyə başlayıb. Liviyadakı general Həftarla Türk ordusu arasında şiddətli toqquşmaların yaşanacağı proqnozlaşdırılır.
- Burkina Fasoda terror aktı törədilib. 14-ə yaxın dinc sakinin həlak olduğu bildirilir.
- Hindistanda və Hong Kongda hökumətə qarşı kütləvi etirazlar davam edir.