Rusiya Prezidenti Vladimir Putin Boris Yeltsinin qızı Tatyana Yumaşevanı ad günü münasibətilə təbrik etmək üçün evinə qonaq gəlib.
Eurasia Diary-nin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti Yumaşevaya gül buketi və "çay dəsti" hədiyyə edib.
"Bu, imperator "farfor"udur! Mən onu çox sevirəm, ailəlikcə çay içərik", - deyə hədiyyəni görən Yumaşeva hisslərini ifadə edib.
Xatırladaq ki, yanvarın 17-də Tatyana Yumaşevanın 59 yaşı tamam olub. Onun həyat yoldaşı Valentin Yumaşev vaxtilə prezident administrasiyasına rəhbərlik edib, hazırda isə ölkə rəhbərinin müşaviri, eyni zamanda "Boris Yeltsin Fondu"nun prezidentidir.(big.az)