ABŞ-ın quru sərhədi ilə əlaqəsi olmayan 2 əyalətindən biri olan Sakit okeanının ortasında yerləşən Havai adalarında dik yamaclı dağlar həm qorxulu həm də mənzərəli görünüşə sahibdir.
Eurasia Diary xəbər verir ki, Kalalau vaidisi ilə iç-içə olan bu dağlar sahil boyunca uzanır.
Adanı ziyarət edən turistlər mənzərəni seyr etmək üçün dağlara gedən yolu piyada qalxırlar.
Turistlərin bir qismi isə kirayə helikopter vasitəsi ilə dağları və vadini səmadan seyr edirlər.(ölkə.az)