Müdafiə nazirinin maskasını taxıb prezidentə və krala zəng vurdular

Maraqlı 21:27 05.02.2020

Yeddi nəfərdən ibarət fırıldaqçılar şəbəkəsi Fransanın müdafiə nazirinin silikon maskasını taxaraq onun adından bir sıra xarici ölkələrin prezidentlərinə, yüksək rütbəli biznesmenlərinə və məmurlarına, hətta Belçika kralına Skype-la zəng vurublar. Və bu misli görünməmiş dələduzluq sxemi sayəsində 50 milyon avrodan çox pul ələ keçiriblər.

Eurasia Diary Virtualaz.org-a istinadla xəbər verir ki, bu fırıldaq barədə BBC yazır. Banda 2015-2016-cı illərdə fəaliyyət göstərib. Həmin vaxt ərzində onlar Fransanın müdafiə naziri postunu tutan Jan-İv Le Drianın maskasını taxaraq 150-dən çox görkəmli şəxsə və təşkilata zəng vurublar, o cümlədən Belçika kralı Filip, Qabon prezidenti Əli Bonqo, “Lafarge” sement şirkətinin baş direktoru, kilsə liderləri və xeyriyyəçilərlə danışıblar. Saxta müdafiə naziri Le Drian hətta Tunis hökumətini dörd “Airbus Tigre” vertolyotunu 19 milyon avroya almağa inandırıblar. Onların cəhdləri əksər hallarda boşa çıxsa da cinayətkarlar hər halda 50 milyon avrodan çox pul əldə edə biliblər.

Hilbert Çikli

Xəbər verilir ki, Skype üzərindən təşkil olunmuş danışıqlar zamanı özünü Fransanın müdafiə naziri kimi təqdim edən dələduz eynən Le Drianın kabinetinə bənzəyən otaqda oturub, onun başı üzərində bayraqlar və o vaxtkı prezident Fransua Ollandın portreti olub. Müdafiə nazirinin dünyada çox tanınmaması cinayətkarların işini asanlaşdırıb. Onların zəng vurduqları şəxslər həqiqi müdafiə naziri ilə danışdıqlarını zənn ediblər.

Skype danışıqları zamanı psevdonazir “məxfi missiyalar” üçün pul xahiş edib, həmin pulları Fransanın dövlət borcu kimi qaytaracaqlarını bildirib. Tez-tez bildirilib ki, pullar İŞİD-in əlindən girovların xilas edilməsi və ya antiterror əməliyyatlarının keçirilməsi üçün lazımdır.

Bu dələduzluq sxeminin yeddi iştirakçısı Parisdə məhkəmə qarşısında dayanacaq. Onlara fransız-israil əsilli Hilbert Çikli (54 yaş) və Entoni Lazareviç rəhbərlik edib. İki əsas şübhəli 2017-ci ildə Ukraynadan Fransaya ekstradisiya olunub. Çikli və Lazareviç ittihamları qəbul etmir, Çikli deyir ki, Le Drianın adından dələduzluğu kimsə başqası törədib.

Ağa Xan

“Frans Press” agentliyinin bildirdiyinə görə, psevdonazir tərəfindən aldadılanlar arasında  milyarder və ismailiyyə təriqətinin (şiəlyin qollarından biri, 15 milyondan çox üzvü var) dini lideri Ağa Xan və türkiyəli maqnat İnan Kirak da yer alır. Belə ki, Ağa Xan 2016-cı ildə aldadılıb. O, saxta nazirin göndərdiyi hesablara dörd dəfəyə olmaqla 20 milyon avro köçürüb. Həmin hesablar Polşa və Çin banklarında olub. Ödəmələrdən üçünü dondurmaq mümkün olub, lakin 7.7 milyon avro ələ keçirilib.

Bundan bir neçə ay sonra türkiyəli biznesmen İnan Kirak dələduzlara 47 milyon dollardan çox pul köçürüb. O, hesab edib ki, pullar Suriyada girov saxlanılan iki jurnalistin azad edilməsi üçündür.  Habelə Fransanın “Château Margaux” şərabçılıq şirkətinin sahibləri dələduzlara 3 milyon avro köçürüblər.

Əsl müdafiə naziri Jan-İv Le Drian jurnalistlərə bildirib ki, ədalətin bərpa olunacağına və dələduzların cəzalarını alacaqlarına ümid edir. O, baş verənlərdən sarsıldığını və adının bu cür dələduzluqda istifadə edilməsindən özünü təhqir olunmuş saydığını deyib.

Jan İv Le Drian

Müstəntiqlər bildirib ki, Ukraynada həbs olunandan sonra Çikli və Lazareviçin mobil telefonlarından dəlillər aşkar edilib. Bu dəlillərə əsasən onlar özlərini Monako knyazı II Albert kimi təqdim etməyə hazırlaşırdılar. Telefonda knyaz Albertin silikon maskasının fotosu olub.

Çikli 2015-ci ildə Fransa məhkəməsi tərəfindən 7 il qiyabi həbsə məhkum edilmişdi. O, 2005-2006-cı illərədə törətdiyi dələduzluqlara görə mühakimə olunub, həmin vaxt Çikli özünü müxtəlif müəssisələrin rəhbərləri kimi qələmə vermişdi.

Qeyd edək ki, dələduzluğun geniş yayıldığı Azərbaycanda da vaxtaşırı olaraq “ostap benderlərin” ağlagəlməz sxemləri və üsulları barədə təfərrüatlar məhkəmə sənədlərinə əsasən üzə çıxır. Hesab edilirdi ki, azərbaycanlı dələduzlar dünyada ən istedadlı olanlardan sayılır. Lakin Fransa müdafiə nazirinin adından istifadə edən dələduzların əməllərinin analoquna hələ dünyada rast gəlinməyib.

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO

Xəbər xətti

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı