Qaraciyər çox möhkəm və dözümlü orqandır. Qaraciyərin çox güclü özünü bərpa edən mexanizmləri var.
Eurasia Diary saglamolun.az-a istinadən bildirir ki, buna baxmayaraq, müasir insanların həyat tərzi hətta bu dözümlü orqanı korlayır. Pis ekologiya, dərman preparatlarının nəzarətsiz qəbulu, düzgün olmayan qidalanma, pis vərdişlər - bütün bunlar qaraciyərin sağlamlığına ciddi ziyan vurur, qaraciyəri zəiflədir.
Qaraciyərin sağlamlığını saxlamaq üçün ona tez-tez sevdiyi məhsullarla "yedizdirmək" lazımdır.
Bu məhsullar arasında:
- Ənginar
- Balqabaq və balqabaq tumları
- Çuğundur və çuğundur şirəsi. Şirəni yarıbayarı su və ya kök (balqabaq, alma) şirəsi ilə durulaşdırıb için.
- Alma
- Qreypfrut
- Kişmiş
- Bal
- Qarabaşaq yarması
- Yulaf yarması
- İspanaq
- Sarıkök