Venesiya adası satışa çıxarılacaq | Eurasia Diary - ednews.net

18 Fevral, Çərşənbə axşamı


Venesiya adası satışa çıxarılacaq

Maraqlı A- A A+

Venesiyada adalardan birinin satışa çıxarılması planlaşdırılır.

Eurasia Diary  xəbər verir ki, bu barədə “Primapress” bildirib.

Qeyd edilir ki, kiçik Tessera adasında bir neçə ev və qayıqlar üçün sığınacaq var. Ada satış üçün martın 3-də hərraca çıxarılacaq. Onun ilkin qiyməti 2,2 milyon avrodur.

Ada Murano yaxınlığında və aeroportdan katerlə beş dəqiqəlik məsafədə yerləşir. Burada bir zamanlar Venesiya qoşunları yerləşib. Amma sonra şirkətlərdən biri adada bahalı kurort yaratmağa çalışıb. Lakin buna müvəffəq olmayıb. Çünki müflis olub. Nəticədə bələdiyyənin planına uyğun olaraq ada satışa çıxarılıb.

Venesiyada son illər iki ada satılıb — San-Klement və Sakka-Sessola. Bu adalarda bələdiyyə xəstəxanaları var idi. Adaların alıcıları mehmanxanalar və konqres mərkəzləri tikiblər.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...