Qrenlandiya əriyən buzlaqların suyunu satmaq istəyir | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


Qrenlandiya əriyən buzlaqların suyunu satmaq istəyir

Maraqlı A- A A+

Qrenlandiya hökuməti əriyən buzlaqların suyunu kommersiya kompaniyalarına satmaq istəyir.

Eurasia Diary-nin məlumatına görə, bu barədə “De Tagesspiegel” nəşrinə Qrenlandiyanın Energetika naziri Yess Svane deyib.

Onun sözlərinə görə, hazırda doqquz layihə var, hansılar ki, su ixracını hazırlayır və müvafiq lisenziyalar alıblar. Ümumilikdə Qrenlandiya 16 belə lisenziya verib.

Svane qeyd edib ki, planetdə içməli suyun çatışmazlığı artacaq, ona görə də hökumət buzlaq suyunu məhsula çevirmək istəyir. Bunun sayəsində Qrenlandiyanı bütün dünyada tanıyacaqlar. Nazir bildirib ki, əgər əriyən buzlaqların suyu ixrac olunmasa, o, yararsız hala gələcək. (qafqazinfo)
 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...