Suriyada doğulan dördəmə Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyuldu | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


Suriyada doğulan dördəmə Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyuldu

Maraqlı A- A A+

Suriyanın Afrin şəhərində bir ailədə dördəm dünyaya gəlib.

Eurasia Diary Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqlara Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyulub.

“Rəcəb Tayyib Ərdoğan hamımızın evə dönüş ümididir. Biz ona güvənirik və övladlarımı kəndimdə, evimdə böyütmək istədiyimə görə hörmətli Ərdoğan və xanımı Əminənin adını uşaqlarıma verdim”, - dördəmin atası açıqlayıb.

Qeyd edək ki, dördəmləri ailəsi hazırda qızğın döyüşlərin getdiyi Serakib şəhərindən bir müddət öncə Afrinə köçüb.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...