Türkiyənin statistika komitəsi tərəfindən əhalinin xoşbəxtlik göstəriciləri araşdırılıb.
Eurasia Diary xəbər verir ki, hesablamalara əsasən ölkə əhalisinin 52.4 faizi özünü xoşbəxt hiss edir. Onların əksəriyyəti sağlam, ali təhsil almış, ailəli şəxslərdir. Sorğuda iştirak edən 65 yaşından yuxarı şəxslər isə xoşbəxtlik hissi keçirmədiklərini bildiriblər.
Türkiyənin ən xoşbəxt şəhərləri Sinop, Afyonkarahisar və Bayburt müəyyən edilib. (azərtac)