Dünyanın ikinci "Ay"ı peyda oldu - Elm adamları şokda | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Dünyanın ikinci "Ay"ı peyda oldu - Elm adamları şokda

Maraqlı A- A A+
Elm adamları Yer kürəsinin ətrafında ikinci peyk kəşf ediblər.

Eurasia Diary  dünya mediasına istinadən xəbər verir ki, beləliklə, planetimizin yeganə peyki ünvanına sahib Ay bu titulunu itirə bilər. Çünki elm adamları Yerin orbitində yeni bir peyk kəşf ediblər.
 
ABŞ-ın Arizona əyalətindəki Catalina Sky Survey işçiləri yeni peykin təxminən avtomobil böyüklüyündə olduğunu bildiriblər.
 
New Scientist-in xəbərinə görə, peykin ölçüsü 1,9 ilə 3.5 metr arasında dəyişkənlik göstərir və Yer kürəsini 47 gün ərzində fırlanır.
 
  Smitson Astrofizika Rəsədxanasının Kiçik Planet Mərkəzi məsələ ilə bağlı açıqlamasında, "Orbitlər bu göy cisminin müvəqqəti olaraq Yerin cazibə qüvvəsinə bağlandığını göstərir. Günəş radiasiyasının təzyiqindən yaranan yayınma qeydə alınmayıb və bilinən hər hansı süni cisimlə əlaqəsi aşkarlanmayıb".
 
Mütəxəssislərin sözlərinə görə, bu, olduqca normaldır:
 
"Bu obyekt Yer planeti ilə eyni sürətdə hərəkət edir. Bu səbəbdən də müvəqqəti orbitə sahib olub. Asteroid bir neçə il ərzində planetimizin ətrafında fırlana bilər", - deyə alimlər qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...