Türkmənbaşı koronavirusa "çarə tapdı" | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Türkmənbaşı koronavirusa "çarə tapdı"

Maraqlı A- A A+

Türkmənistən Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin iclası zamanı vətəndaşlara koronavirusdan qorunmaq üçün üzərlik yandırmağı tövsiyə edib.

RİA Novosti-nin məlumatına görə, ölkə lideri türkmən xalqının əsrlər boyu zərərli vərdişlərdən qorunmaq və müxtəlif infeksion xəstəliklərdən müdafiə üçün qədim xalq təbabətindən istifadə etdiyini xatırladıb.

“Müdrik əcdadlarımız ənənəyə sadiq qalırdılar: mühüm hadisələr zamanı üzərlik yandırırdılar”, - deyə o bildirib.

Q.Berdiməhəmmədov vurğulayıb ki, müqəddəs bitki hesab olunan üzərliyi yandırmaq ənənəsi bu gün də davam edir. Onun sözlərinə görə, bu bitkinin tüstüsü müxtəlif virusların insan orqanizminə daxil olmasının qarşısını alır.

Qeyd edək ki, indiyə kimi Türkmənistanda koronavirusa yoluxma halı qeydə alınmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...