Beyinin işinə mənfi təsir edən vərdişlər | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Beyinin işinə mənfi təsir edən vərdişlər

Maraqlı A- A A+

Hazırda, demək olar ki, normal hesab olunan bəzi vərdişlər beynin işinə mənfi təsir göstərə bilər.

EdNews  xəbər verir ki, bu barədə İspaniyanın "La Vanguardia" nəşri bildirir ki, tədqiqatlara əsasən, oturaq həyat tərzi nəticəsində konkret neyronların strukturu dəyişir. Belə ki, müntəzəm fiziki iş zamanı orqanizmdə təbii ağrı kəsicilər hesab olunan endorfinlər ifraz olunur. Onlar bədənin gündəlik yüklənməyə tab gətirə bilməsi üçün lazımdır. Həmçinin fiziki aktivlik sayəsində beyin daha çox oksigen qəbul edir ki, bu da onun məhsuldarlığını artırır.

Eyni zamanda, iki işlə məşğul olmaq da beynin işini çətinləşdirir. Bu vərdiş stress, kortizol və adrenalin hormonlarının istehsalına gətirib çıxarır. Bu hormonlar isə beynin həddindən artıq stimullaşdırılmasına səbəb olur ki, buna görə də insan fikrini toplamaqda çətinlik çəkir.

Bundan əlavə, insan daim bağlantıda olan zaman da beyin yüklənir. Belə ki, elektron poçtda onlarla məktub, messencerlərdəki mesajlar, xəbər lentləri də beyinin daim qıcıqlanlasına gətirib çıxarır.

Daim ekrana baxan zaman beyin istirahət etmir. Bu işıq şüaları melatoninin ifrazını ləngidir. Halbuki 10 dəqiqəlik şəxsi ünsiyyət zamanı yaddaş və idrak bacarıqları yaxşılaşır.

 

Yaxşı yuxu isə beynin işinə müsbət təsir göstərir. Belə ki, bu müddət ərzində xatirələr yaradılır və lazımsız məlumatlar silinir. Alimlər, həmçinin yuxu zamanı neyronlara zərər verə biləcək zəhərli zülalların və həyat fəaliyyətinin digər məhsulların orqanizmdən çıxarıldığını müəyyən ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...