Hindistanın Uttar-Pradeş ştatında yeni doğulan körpəyə Korona adı verilib.
EdNews publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qızın dayısı Niteş Tripati məlumat verib:
"Baxmayaraq ki, virus çox təhlükəlidir, təşvişə düşməyə ehtiyac yoxdur. Həkimlərin tövsiyələrinə əməl etməyə çalışmaq lazımdır. Bu körpə virusla mübarizədə insanların birliyinin simvolu olacaq".
Korona martın 22-də, ölkədə komendant saatı tətbiq olunmazdan bir neçə saat əvvəl doğulub.