“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

Maraqlı A- A A+

"Xiaomi" şirkətinin daşınan elektronika çeşidinə "Haylou" brendinə məxsus yeni "ağıllı" saat əlavə edilib.

Dairəvi siferblata malik klassik dizaynda hazırlanmış "Solar" adlı cihaz uzun müddət avtonom işləyir, su və toza qarşı dayanıqlıdır, həmçinin faydalı funksiyalar dəstinə malikdir.

EDNews.net ictnews.az-a istinadən bildirir ki, "Haylou Solar LS05" saatı 240x240 piksel təsvir ölçülü 1,28 düymlük LCD displeylə təchiz edilib. İstehsalçı əmin edir ki, ekranın parlaqlığı hətta informasiyanı günəş şüaları altında rahat oxumağa imkan verir. Korpusu metaldan hazırlanmış "ağıllı" saat "IP68" standartını dəstəkləyir.

340 milliamper/saat tutumlu akkumulyator qənaətcil rejimdə 30, ürək ritmini 24 saat monitorinq edən funksiyanın aktivləşdirilməsi vaxtı isə 14 günədək avtonom işləməni təmin edir. Bu saat qaçış, yerimə, yoqa, basketbol və sairə daxil olmaqla 12 fiziki aktivlik növünü izləyə bilər. "Ağıllı" saat smartfondan daxil olan bildirişləri göstərməklə yanaşı, addımölçən və kalori sayğacı funksiyaları da əldə edib.

Yenilik "Android" (4.4 ) və "iOS" (8.0 ) mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfonlara "Bluetooth 5.0" protokolu ilə qoşulmanı dəstəkləyir. Silikon qolbaqla təchiz edilmiş modelin çəkisi 54 qramdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...