Böyük Britaniya Krallığındakı imtiyazlarından imtina edib ABŞ-a köçən şahzadə Harri və həyat yoldaşı Meqan Markl 45 gün sonra kameralara tuş gəlib.
EDNews.net xəbər verir ki, cütlük Los-Anceles şəhərinin Qərbi Hollivud bölgəsində ehtiyacı olanlara humanitar yardım paylayıb.
Bu zaman təhlükəsizlik kameraları onları qeydə alıb. Cütlüyün “Project Angel Food” adlı yardım qurumu üçün könüllü fəaliyyət göstərdiyi bildirilir.
Qeyd edək ki, şahzadə Harri və Meqan Markl 31 martda krallıqdan ayrılıb. Əvvəlcə Kanadaya, daha sonra ABŞ-a köçüblər.(publika.az)