Yaponiyada üzüm rekord qiymətə satılıb | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Yaponiyada üzüm rekord qiymətə satılıb

Maraqlı A- A A+

Yaponiyanın İşikava prefekturasındakı hərraclarda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm 1,2 milyon yenə (təqribən 11 min dollar) satılıb.

EDNews.net xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Həmin salxımı alan Yaponiya mehmanxanalar şəbəkəsi menecerinin sözlərini sitat gətirən agentlik yazır: “Biz “Ruby Roman” üzüm növünün bazara çıxarılmasının 12-ci

ildönümü ilə əlaqədar 1,2 milyon yen təklif etdik”.

Agentliyin bildirdiyinə görə, cari il sentyabrın sonlarınadək həmin növdən olan 26 min üzüm salxımının satılacağı gözlənilir.

“Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən, iri və şirəli çox dadlı meyvələrə malikdir. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...