Twitter koronavirusu 5G ilə əlaqələndirən paylaşımları bloklayır | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Twitter koronavirusu 5G ilə əlaqələndirən paylaşımları bloklayır

Maraqlı A- A A+

Twitter "zərərli məzmunlu" tvitləri bloklamağa başlayıb.

EDNews.net  ted.az-a istinadən bildirir ki, bu tvitlər arasında, xüsusilə, koronavirus pandemiyasını 5G texnologiyasına bağlayan, baza stansiyalarına zərər verməyə çağıran paylaşımlar yer alır.

Twitter-dən verilən açıqlamada bu addımın COVID-19 ilə bağlı yanlış məlumatların yayılmasının qarşısının alınmasına xidmət etdiyi deyilir.

Qeyd edək ki, sosial mediada bu tip konspirasiyalara tez-tez rast gəlinir. Virusun Çindəki laboratoriyalardan birində yaradılmasından tutmuş 5G səbəbindən yayıldığına qədər xeyli sayda şaiyələr gəzir.

Sözügedən addımı Feysbuk, Instagram və YouTube platformalarının rəsmiləri də atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...