Britaniyada film ssenarisi kimi hadisə baş verib. Devon şəhər sakini darıxdığı üçün evində apardığı dəyişikliklər zamanı təsadüfən tunel aşkarlayıb.
Koronavirus səbəbindən karantin tədbirləri ilə əlaqədar evdə qalmaq məcburiyyətində olan Ceyk Broun təmir işləri apararkən divarların birinin fərqli olduğunu görüb. Onu dağıtdıqda arxasında tunel aşkarlayıb.
Tunelin öyrənilməsinə başlayan Broun içəridə 1964-cü ilə aid bir qəzet və 1900-cu ilə aid boya qutuları tapıb.
Bundan sonra Broun tarixçi dostu Riçard Fişerlə əlaqə saxlayıb.
Riçard həmin ərazinin vaxtilə “Windridge Hill” adlı böyük bir təpə olduğunu bildirərək evlərin zirzəmilər kimi yerin altında tikildiyini vurğulayıb. Onun sözlərinə görə, sonradan bu ərazilər şərab anbarlarına, hətta mağara tipli hamamlara çevrilib.