Amerikanın Havay adalarındakı Gemine rəsədxanasında çalışan alimlər fırtınalar planeti hesab edilən Yupiterin ən yüksək keyfiyyətli fotosunun çəkildiyini bildiriblər.
EDNews.net “CNN”-ə istinadla bildirir ki, alimlər 8 planetin ən böyüyü hesab edilən Yupiterin yüksək keyfiyyətli fotosunun çəkilməsi üçün uzun illər əmək xərclədiklərini qeyd ediblər.
Fotonun keyfiyyətinin “Lucky imaging” texnologiyası artırıldığı vurğulanıb.
Alimlər fotonun uzunmüddətli fırtınalar dövrünə təsadüf etdiyini bildiriblər.(modern.az)